Bu "ASAN xidmət" mərkəzi bağlanır

28 Fevral 2024 10:04

Bakının Yasamal rayonunda yerləşən 3 saylı "ASAN xidmət" mərkəzi zəruri təmir-bərpa işləri ilə əlaqədar martın 1-dən bir ay müddətinə bağlanacaq.

Bu bardə Milli.Az-a "ASAN xidmət" mərkəzindən məlumat verilib.

Bildirilib ki, hazır sənədlərini 3 saylı "ASAN xidmət" mərkəzindən əldə etməli olan vətəndaşlardan martın 1-dən etibarən 7 saylı Bakı "ASAN xidmət" mərkəzinə müraciət etmələri xahiş olunur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun