Joze Mourinyo Madridin "Real"ına baş məşqçi olmağa razılıq verib
21 May 2010 15:41
Milanın "İnter" klubunun portuqaliyalı baş məşqçisi Joze Mourinyo Madridin "Real" klubunda çalışmasına razılıq verib, İspaniyanın Marca qəzeti məlumat yayıb.
Məlumata görə, portuqaliyalı özünün nümayəndəsi Jorje Mendeşa vasitəsilə təklifi qəbul edib. Təklifə əsasən Mourinyo ən azı 3 il "Real"ı çalışdıracaq.
Mourinyoya müqavilə əsasında 30 milyon avro veriləcəyi bildirilib.
/Trend/