ABŞ bunu etsə, müttəfiqlər üz döndərəcək - Şumer

28 Fevral 2024 07:12

Ukrayna ABŞ-ın köməyi olmadan uduzacaq və müttəfiqləri Vaşinqtondan üz döndərəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu ABŞ Senatında Demokratlar Partiyasının lideri Çak Şumer Prezident Co Bayden və Konqresin partiya rəhbərliyi arasında aparılan danışıqlara münasibət bildirərkən deyib.

"Otaqda konsensus ondan ibarət idi ki, əgər biz tez bir zamanda silah verməsək, Zelenski və Ukrayna müharibəni uduzacaq", - Ç.Şumer vurğulayıb.ukrayna

Şumer qeyd edib ki, Vaşinqton Kiyevin uduzmasına imkan verə bilməz.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun