Su çərşənbəsində 55 mindən çox ağac əkildi

27 Fevral 2024 22:45

Baharın ilk müjdəçisi olan Su çərşənbəsində ölkənin meşə fondu torpaqlarında ağacəkmə tədbirləri keçirilib.

Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov axar.az-a bildirib ki, Su çərşənbəsində Lənkəran, Astara, Quba, Xaçmaz, Oğuz, Zaqatala, Şəki, Bərdə, Ağdaş, Göygöl, Qazax və Ağcabədi rayonlarının meşə fondu torpaqlarında Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə bir gündə 55 344 ədəd ağac əkilib, 546 kiloqram palıd toxumu səpilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun