Rusiya ilə savaş başlasa, bu regionu məhv edəcəyik - Litva

27 Fevral 2024 21:30

Rusiya NATO ilə hərbi münaqişəyə başlasa, ilk növbədə Kalininqrad "zərərsizləşdiriləcək".

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Litvanın İsveçdəki səfiri Linas Linkyaviçyus X səhifəsində yazıb.

Diplomat qeyd edib ki, İsveç NATO-ya daxil olduqdan sonra Baltik dənizi alyansın daxili dənizinə çevriləcək.

"Rusiyanın NATO tərəfindən mühasirəyə alınması ilə bağlı əvvəlki ittihamlar indi reallığa çevrilir", - Linkyaviçyus bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun