İcra başçısı məşhur aparıcı ilə evlənir - FOTO

27 Fevral 2024 19:31

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun sabah toyudur.

Milli.Az axşam.az-a istinadən bildirir ki, icra başçısı aparıcı Alidə Mustafayeva ilə ailə həyatı qurur. Bir neçə gün əvvəl onların nikah mərasimi baş tutub. Toy Bakıdakı restoranlardan birində keçiriləcək.

Qeyd edək ki, Seymur Orucov İqtisad Universitetinin sabiq rektoru və keçmiş deputat Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyeva ilə ailəli olub. Onlar bir müddət əvvəl rəsmi şəkildə boşanıblar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun