Millimizin rəqibinin futbolçusu süni nəfəs aparatına qoşuldu - SƏBƏB

27 Fevral 2024 18:46

Millətlər Liqasında Azərbaycanın yığmasının rəqibi olacaq İsveçin futbolçusu Kristian Olsson evində huşsuz vəziyyətdə tapılıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, fevralın 20-də baş verən hadisədən sonra "Midtyulland"ın 28 yaşlı oyunçusu xəstəxanada dərhal süni nəfəs aparatına qoşulub.

Olssonun intihar etməsi də iddia olunur. Lakin Danimarka təmsilçisi futbolçunun kəskin beyin xəstəliyindən əziyyət çəkdiyini açıqlayıb.

Qeyd edək ki, Olsson 2017-ci ildən formasını geyindiyi İsveç millisində 47 oyun keçirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun