Filarmoniyada səhnəsində Xocalı soyqırımına həsr olunmuş anım mərasimi keçirilib - VİDEO - FOTO

27 Fevral 2024 16:42

26 fevral tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Xocalı soyqırımına həsr olunmuş anım mərasimi keçirilib.

Öncəliklə  faciə qurbanlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Dirijor Mustafa Mehmandarovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azarbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimov) müşayiəti ilə solistlər - Respublika və beynəlxalq müsabiqələr laureatları Nicat Məsimov (balaban) və Hüseyn Nağıyev (kamança) öz ifalarını dincləyicilərə təqdim ediblər.

Anım mərasimində Qara Qarayev "Leyli və Məcnun" simfonik poeması, Hacı Xanməmmədov Kamança və orkestr üçün Konsert (II hissə), Azər Dadaşov "Xocalıya ədalət", Fikrət Əmirov "Nəsimi haqqında dastan" və  Xalq mahnısı "Sarı gəlin" səslənib.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az