Türkiyə qadın terrorçunu MƏHV ETDİ - FOTOlar

27 Fevral 2024 16:37

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Kamışlıda keçirilən əməliyyat zamanı YPG/YPJ-nin terror təşkilatının üzvlərindən olan Emine Seyid Ahmedi zərərsizləşdirib.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, "Azadi Derik" kod adlı, suriyaəsilli Emine Seyid Ahmed 2011-ci ildə terror təşkilatına qoşulub. Onun Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı əməliyyatları planlaşdırdığı müəyyən edilib.

Terror təşkilatının raketlərlə təminatı və istifadəsinə məsul olan Emine "Zeytin dalı" əməliyyat bölgəsində Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı raket hücumları ilə bağlı təlimatlar verib.

Onun, həmçinin, Kilisdə mülki əhalini hədəf alan raket hücumlarına dair təlimatlar verdiyi məlum olub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun