Makron qoşun göndərir? – Kremlin cavabı

27 Fevral 2024 15:03

Kreml Fransa Prezidenti Emmanuel Makronun Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək ehtimalı ilə bağlı bəyanatına münasibət bildirib.

Milli.Az APA-ya istinadən bildirir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov NATO ölkələrindən Ukraynaya müəyyən kontingentlərin göndərilməsinin mümkünlüyünün müzakirəsi faktını vacib adlandırıb.

"Əlbəttə ki, bu çox vacibdir, yeni elementdir. Fransa Prezidentinin çıxışının bütün digər elementləri artıq bu və ya digər şəkildə səsləndirilib və nəzərə alınıb. Biz cənab Makronun Rusiyaya strateji məğlubiyyətin verilməsinin zəruriliyi ilə bağlı mövqeyini yaxşı bilirik. Amma biz diqqət yetirdik ki, Ukraynaya hərbi qulluqçuların göndərilməsi mövzusu həqiqətən də müzakirə olunub", - deyə Kremlin sözçüsü qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun