ABŞ-də ilk gözəllik müsabiqəsinin qalibi vəfat etdi - FOTOlar

27 Fevral 2024 11:33

1952-ci ildə ilk "Miss USA" müsabiqəsinin qalibi olan aktrisa Jaklin Lokeri (Ceki) 94 yaşında vəfat edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə onun keçmiş əri Cek Uebbin bioqrafı Den Moyer məlumat verib.

Ölümün səbəbi dəqiqləşdirilməyib.

Qeyd edək ki, gözəllik müsabiqəsində qalibiyyət Lokeriyə "Universal İnternational" kinostudiyası ilə müqavilə bağlamaq və aktrisa kimi karyera qurmaq imkanı qazandırıb. O, 1950-1960-cı illərdə bir neçə filmdə, o cümlədən "Pardners" (1956) vesternində, "Eighteen and Anxious" (1957) melodramında və "A Public Affair" siyasi dramında (1962) rol alıb. Lokeri həmçinin NBC, CBS və digər şəbəkələr üçün televiziya şoularında iştirak edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun