Dünyanın sonu «təxirə salınır»!
21 May 2010 15:56
"Associated Press" agentliyinin məlumatına görə, Qvatemala "mayyaçıları"nın ağsaqqalları sözügedən təqvimdə 2012-ci ildə dünyanın sonunun çatacağına dair heç bir fikrə rast gəlinmədiyini bəyan edirlər. Belə ağsaqqallardan biri olan Çile Pikstuna bildirib ki, 2012-ci il haqda iddialar "cəfəngiyyat və Qərbin mifidir".
"Əsl mayyaçılardan 2012-ci ildə nə baş verəcəyini soruşsanız, onlar sadəcə, söhbətin nədən getdiyini anlamayacaqlar", - deyə memar Xose Xaçim bildirir: "Dünyanın axırı? Yəqin zarafat edirsiniz... Quraqlıq isə hə, bu, həqiqətən problemdir".
Milli.Az