NASA-da rəhbər dəyişikliyi olacaq

27 Fevral 2024 13:58

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyasının (NASA) Beynəlxalq Kosmik Stansiya (BKS) proqramının rəhbəri Coel Montalblano aprelin 7-də vəzifəsini tərk edəcək.

Milli.Az "Unikal"-a istinadən xəbər verir ki, bu barədə qurumun saytında məlumat verilib. 

Montalblanonun yerinə onun müavini Dana Veygel keçəcək. 

Veygel 2004-cü ildən NASA-da işləyir və 2021-ci ildə Montalblanonun müavini seçilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun