Putinin iştahı güclüdür: Ukraynadan sonra bu ölkələrdir!

27 Fevral 2024 09:16

Rusiya lideri Vladimir Putinin ambisiyaları nəhəngdir. Təkcə Baltikyanı ölkələri deyil, Gürcüstanı, Moldovanı da əhatə edir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə NATO-nun Avropadakı qoşunlarının keçmiş baş komandanı Uesli Klark deyib.

O bildirib ki, Moskva çoxdan digər ölkələrin ərazilərinə iştahını nümayiş etdirir:

"Moldova, yaxud Baltikyanı ölkələr - Estoniya, Latviya, Litva. Ya da Polşa, Gürcüstan... Moskva rusların əcnəbi torpaqları zəbt etmək üçün köhnə, bir neçə əsrlik iştahını nümayiş etdirir", - Klark bildirib.

General vurğulayıb ki, Rusiya hazırda imkanların onun tərəfində olduğuna əmindir.

Klarkın fikrincə, dünyanın və Ukraynanın əsas vəzifəsi Putinə qalib olduğunu yox, uduzduğunu göstərməkdir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun