Biləsuvarda avtomobil aşıb, sürücü ağır yaralanıb

27 Fevral 2024 08:15

Biləsuvar rayonunda 53 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, 1971-ci il təvəllüdlü Ağayev İlqar Yunsur oğlunun idarə etdiyi avtomobil yol kənarındakı maneəyə çırpılaraq aşıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Lakin vəziyyəti ağır olduğu üçün Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun