Lökbatanda motosikletçi qəza törədib, xəsarət alan var

27 Fevral 2024 08:05

Bakının Qaradağ rayonunda 27 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü Malıyev Ravin Alim oğlunun idarə etdiyi motosiklet yol kənarındakı maneəyə çırpılıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun