11 yaşlı Rasimdən xəbər var:kanala suyun verilməsi dayandırıldı

26 Fevral 2024 23:40

İmişli rayonunda kanalda batması ehtimal olunan 11 yaşlı uşağın axtarışı ilə bağlı Cənubi-Muğan kanalının Biləsuvar hissəsinə suyun verilməsi müvəqqəti dayandırılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, fevralın 28-i günün ikinci yarısı suyun kanala verilməsi gözlənilir.

Qeyd edək ki, 26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Rasim Vasif oğlu Xankişiyevin axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən davam etdirilir.

Bəzi iddialara görə isə o, İran polisləri tərəfindən saxlanılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun