Lukaşenko Ərdoğana zəng etdi, görüş istədi

26 Fevral 2024 23:31

Belarus Prezidenti Aleksandr Lukaşenko türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Lukaşenko Ərdoğanı 70 illik yubileyi münasibətilə təbrik edib.

Həmçinin Belarus lideri həmkarı ilə yaxın vaxtda görüşərək əməkdaşlığı və dünya gündəmini müzakirə etmək istədiyini bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun