Səudiyyə Ərəbistanının Həcc və ümrə naziri Azərbaycana gəlib - FOTOlar

26 Fevral 2024 23:05

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin dəvəti ilə Səudiyyə Ərəbistanı Krallığının Həcc və ümrə naziri Töfiq bin Fouzan əl-Rəbian Azərbaycana rəsmi səfərə gəlib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, fevralın 26-da Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağın qarşılanma mərasimi olub.

Səudiyyə Ərəbistanı Krallığının Həcc və ümrə naziri Tofiq bin Fouzan əl-Rəbianı səmimi salamlayan Şeyxülislam həzrətləri dəvəti qəbul etdiyinə görə minnətdarlıq edib.

Səudiyyəli nazirin ölkəmizdə rəsmi görüşləri nəzərdə tutulub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun