Arıqlamaq üçün səhər yeməyinin FAYDALARI

26 Fevral 2024 22:30

Endokrinoloq Zuxra Pavlova səhər yeməyinin faydalarından danışıb. 

Milli.Az lent.az-a istinadən bildirir ki, səhər yeməyi iki səbəbə görə günün ən vacib yeməyi hesab olunur. 

Həkimin sözlərinə görə, səhərlər orqanizm zülalla zəngin qidalara ehtiyac duyur. O, 18-30 yaşlı 30 obez qadınları əhatə edən tədqiqatın nəticələrini misal çəkərək səhər yeməyinin nəinki daha yaxşı doyurduğunu, həm də konsentrasiyanı artırdığını vurğulayıb.

"Qablardakı eyni miqdarda kalori ilə, zülalla zəngin səhər yeməyi sizi daha tez doyurur. Bu, arıqlamaq və formada qalmaq üçün faydalıdır", - Pavlova bildirib. 

Mütəxəssis onu da qeyd edib ki, yüksək proteinli səhər yeməyinin başqa bir üstünlüyü sizi bir neçə saat tox saxlamasıdır.

Eyni zamanda, o, özünüzü yalnız zülallarla məhdudlaşdırmamağa, tarazlığı qorumağa çağırıb. Bunun üçün yağlar və karbohidratlar da vacibdir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun