15 yaşlı sürücü yarış vaxtı öldü

26 Fevral 2024 19:55

Yeni Zelandiyada yarış zamanı baş verən qəza nəticəsində 15 yaşlı sürücü dünyasını dəyişib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Avtomobil İdmanları Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Onunla birlikdə kapitan da vəfat edib. Qurum dünyasını dəyişənlərin adlarını açıqlamasa da, "The Sun" onların Bruklin Horan və Tayson Cemmett olduğunu bildirib.

Turnir vaxtı onların avtomobili çaya düşüb. İdmançılar hadisə yerində ölüblər.

Qeyd edək ki, Yeni Zelandiyada sürücülük vəsiqəsi 16 yaşından sonra verilir. Ancaq 12 yaşına çatdıqdan sonra yarışlarda iştirak üçün lisenziya almaq mümkündür.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun