Kamil Hacıyevə YENİ VƏZİFƏ VERİLDİ - FOTO

26 Fevral 2024 18:33

Qusar Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Baş direktoru vəzifəsinə təyinat olub.

Milli.Az-ın məlumatına görə, bu vəzifəni Bakı Sağlamlıq Mərkəzinin Cərrahiyyə şöbəsinin müdiri Kamil Hacıyev icra edəcək.

Bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

Qeyd edək ki, Qusar Rayon Mərkəzi Xəstəxanasına 2023-cü il noyabr ayının 23-də direktor təyin edilən Pərviz Məhsimovla bağlanan müqaviləyə 3 ayın tamamında, fevral ayının 23-də xitam verilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun