Tanınmış pianoçu ABŞ-də Xocalı soyqırımı qurbanlarının xatirəsinə əsər həsr etdi - VİDEO

26 Fevral 2024 17:59

Tanınmış pianoçu, Azərbaycanın Əməkdar artisti, beynəlxalq müsabiqələrin laureatı, ABŞ-də "National Music & Global Culture Society" cəmiyyətinin banisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Nərgiz Əliyarova Xocalı soyqırımı qurbanlarının xatirəsinə "Ballad about Motherland" əsərini həsr edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, musiqinin müəllifi Azərbaycanı Xalq artisti Faiq Sücəddinov, rejissoru isə Old Stone Films by Elmar Bayramovdur.

Qeyd edək ki, bu gün Xocalı soyqırımından 32 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun