Paşinyan: Almaniya İrəvanla Bakı arasındakı normallaşma ilə bağlı tədbirləri dəstəkləyir

26 Fevral 2024 16:32

Almaniya Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi istiqamətində görülən tədbirləri dəstəkləyir.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda Bundestaqın Hüquq Məsələləri Komitəsinin sədri Elizabet Vinkelmeyer-Bekerin başçılıq etdiyi nümayəndə heyəti ilə danışıqlar zamanı deyib.

Tərəflər həmçinin Ermənistan-Azərbaycan sərhədində Avropa İttifaqının mülki missiyasının fəaliyyətini müzakirə edib və Ermənistan-Almaniya və Ermənistan-Avropa İttifaqı arasında əməkdaşlığın dərinləşdirilməsinə dair fikir mübadiləsi aparıblar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun