Haluk Leventi ittiham edən Deniz Akkaya 3,5 il həbs edilə bilər

26 Fevral 2024 19:30

Müğənni və "AHBAP" dərnəyinin rəhbəri Haluk Leventi dələduzluqda ittiham edən model və aktrisa Deniz Akkaya həbs edilə bilər.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, Deniz sənətçiyə qarşı "Oğru", "Fırıldaqçı", "Zəlzələ qurbanlarının pulunu oğurlayır" ittihamlarını irəli sürüb onu dələduz adlandırmışdı.

Akkaya səsli, yazılı və ya görüntülü mesajla müğənnini açıq şəkildə təhqir etdiyinə görə həbs ediləcək.
Onun 4 aydan 3 il 5 aya qədər həbsi tələb edilib.

İddia ərizəsində şübhəli Akkayanın ifadəsi də yer alıb.
Belə ki, Akkaya fevralın 6-da baş verən zəlzələdən sonra AHBAP-a milyardlarla liranın ianə edildiyini, yardım toplandıqdan sonra toplanan yardımların məqsədə uyğun istifadə edilmədiyi qeyd edilib.
Aktrisa Leventin keçmişdə "dələduzluq" və "saxtakarlıq" maddələri ilə ittiham olunduğunu da bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun