Korotçenko: Xocalı soyqırımında təqsirli olan hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi zəruridir

26 Fevral 2024 16:08

Xocalı soyqırımında təqsirli olan hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi, tarixi ədalətin bərpası vacibdir.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiyanın "Nasionalnaya Oborona" jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko bildirib.

"1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsi beynəlxalq hüquq baxımından Azərbaycan xalqının soyqırımıdır. Erməni hərbçiləri amansız qırğın nəticəsində 613 azərbaycanlını - qadınları, qocaları və uşaqları qətlə yetiriblər. Xocalı soyqırımına görə günahkar olan hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi, tarixi ədalətin bərpası zəruridir", deyə Rusiya hərbi ekspert Teleqram hesabındakı paylaşımında qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun