Bu günün ən şanslı BÜRCLƏRİ - Mükafatlar və pul...

26 Fevral 2024 20:50

Bu gün ay qız bürcündə irəliləyir və gün ərzində qarışıq və aldadıcı yuxular aktivdir.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, bu barədə fikirləri astroloq Dinara Axundova bildirib. O bildirib ki, bu gün fikir dağınıqlıqları və adaptasiya problemləri yaşanacaq.

"Yeni işlərə başlamaq tövsiyə edilmir. Balıq, xərçəng və əqrəb bürcləri bol-bol mükafatlar əldə edəcəklər. Qız, oxatan və əkizlər bürcləri isə bu dönəmdə ətrafda baş verən hadisələrə qarşı səbrli olmalıdırlar. Buğa, oğlaq bürcləri üçün yeniliklər, yeni işlərə başlamaq dönəmidir".

Astroloq qeyd edib ki, dolça və şir bürcləri maddi və spirtual baxımdan uğurlu ola bilərlər.

"Tərəzi və qoç bürclərinin nümayəndələri depressiyadan uzaq qalmağa çalışmalıdırlar".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun