Bakıda elektrik qatarında həyəcanlı anlar: Tüstülənmə oldu - VİDEO

26 Fevral 2024 14:56

Fevralın 26-da saat 13:45 radələrində Bakı sərnişin stansiyada "Stadler" qatarı manevr edərkən kontakt şəbəkəsində qısaqapanma baş verib.

Milli.Az bildirir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Xidməti məlumat yayıb.

Nəticədə qatarın damında tüstülənmə müşahidə olunub. Qatar heyəti tərəfindən yanğından mühafizə vasitələrilə hadisənin qarşını operativ olaraq alınıb.

Qeyd edək ki, depoya gedən qatarda sərnişin olmayıb. Hadisə nəticəsində xəsarət alan yoxdur.

Videonu təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun