Xocalı sakini basdırdığı övladlarının məzarları başında – TƏSİRLİ GÖRÜNTÜLƏR

26 Fevral 2024 14:45

Qan yaddaşımız olan Xocalı soyqırımının törədilməsindən 32 il keçir. 
 
Xocalı qətliamının dəhşətlərini yaşayanlardan biri də keçmiş məcburi köçkün Sədaqət Hüseynovadır. 
 
S.Hüseynovanın iki oğlu, qızı, bacısı və onun övladları Xocalı qurbanı olub. 
 
Milli.Az bildirir ki, İTV-nin əməkdaşı S.Hüseynova ilə birlikdə Xocalıda olub. S.Hüseynova uşaqlarını dəfn elədiyi yerdə gəzib: 
 
"Həmin vaxt ayaqlarım donmuşdu, isti suya qoyan kimi barmaqlarımın dərisi suya töküldü. Bizi xəstəxanaya aparanda ağlayırdım ki, mən getməyim. Balalarımı burada qoyub gedə bilmərəm. Mənə iynə vurdular, ayılanda gördüm ki, xəstəxanadayam".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun