Paşinyan Saakyanı vəzifəsindən azad etdi

26 Fevral 2024 14:27

Ermənistan Xarici İşlər Nazirliyinin baş katibi Boris Saakyan vəzifəsindən azad edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Məlumata görə, müvafiq fərman Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanıb.

Qeyd edək ki, son zamanlarda erməni KİV-ləri Paşinyanın hökumətdə təmizləmə siyasəti apardığını yazır. Bildirilir ki, baş nazir hakim "Vətəndaş Müqaviləsi" partiyasının üzvü olmayan bütün dövlət məmurlarını vəzifədən məhrum edəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun