Müdafiə Nazirliyinin rəhbər heyəti Xocalı soyqırımı abidəsini ziyarət etdi - FOTOlar

26 Fevral 2024 14:09

Fevralın 26-sı Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Xocalı soyqırımı abidəsini ziyarət edib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Müdafiə Nazirliyinin rəhbərliyi abidə önünə gül dəstələri düzüb, faciə qurbanlarının xatirəsinə ehtiram nümayiş etdirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun