Türkiyədə mədəndə çökmə: Üç nəfər itkin düşdü

26 Fevral 2024 12:57

Türkiyənin Elazığ vilayətinin Alacakaya rayonunda yerləşən mədəndə çökmə baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi Agentliyindən (AFAD) məlumat verilib.

İlkin məlumata görə, üç nəfər torpağın altında qalıb.

Hazırda bölgəyə tibbi briqadalar və təhlükəsizlik qüvvələri cəlb edilib.
 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun