Xocalı faciəsindən sağ qurtulan körpə və onun xilaskarı 32 il sonra... - VİDEO

26 Fevral 2024 12:29

O, 32 il öncə Xocalıda donmuş ananın qucağından 2 yaşlı bir körpəni götürür və dəfn etmələri üçün məscidə təhvil verir. Vəfat etmiş anasının qucağına qısılmış həmin körpə günlər sonra məsciddə yuyulan zaman ayılır. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, körpəni xilas edən şəxs Əsəd Fərəcovdur.

"Mənə dedilər ki, gətirdiyin uşaqlardan biri ayılıb", - o deyir. 

Əsəd Fərəcov 32 ildir ki, xilas etdiyi həmin körpəni axtarırdı:

"Mən o uşağı xilas etdim, amma sonrakı taleyi barədə heç nə bilmirdim" 

Əsəd bəylə xilas etdiyi həmin körpə qız 32 il sonra görüşüb. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun