“Real Madrid” minimal hesabla “Sevilya”nı məğlub etdi

26 Fevral 2024 10:40

"Real Madrid" İspaniya Primerasının 26-cı turunun ev oyununda "Sevilya" ilə qarşılaşıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, meydan sahibləri oyun boyu nəzərəçarpacaq üstünlüyə malik olsalar da, cəmi bir dəfə fərqlənə biliblər.

81-ci dəqiqədə dəqiq zərbəni xorvatiyalı veteran Luka Modriç vurub - 1:0.

Bu qələbə Karlo Ançelottinin komandasına "Barselona"nı 8 xal qabaqlamağa imkan verib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun