Azərbaycanda İdman Sarayında 4 nəfər zəhərləndi

26 Fevral 2024 09:37

Gəncə şəhəri Nizami prospektində yerləşən Gəncə İdman Sarayında tüstülənmə olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə fevralın 24-də qeydə alınıb. Binanın 3-cü mərtəbəsi ilə dam örtüyü arasında təmir işləri görülən zaman direl alətindən istifadə nəticəsində hasardaxili membrana qığılcım düşüb. Nəticədə tüstülənmə olub.

Baş verə biləcək yanğının qarşısını alarkən idman sarayının 4 nəfər əməkdaşı tüstüdən zəhərlənib.

Onlar Gəncə şəhər 3 saylı xəstəxanaya aparılıblar. Həmin şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun