XİN: Xocalı soyqırımı Ermənistanın etnik təmizləmə və soyqırımı siyasəti idi

25 Fevral 2024 18:29

Xocalı soyqırımı Ermənistanın sistemli etnik təmizləmə və soyqırımı siyasətinin bir hissəsi idi.

Milli.Az xəbər verir ki, bu, Azərbaycanın Xarici İşlər Nazirliyinin Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı "X" sosial şəbəkəsindəki paylaşımında yer alıb.

Nazirlik həmçinin Xocalı soyqırımına səbəb olan hadisələrin ardıcıllığını əks etdirən qrafiki də paylaşıb.

Milli.Az