Cadenza Contemporary Orchestra "Kəsişən xətlər" adlı konsertini keçirib - FOTO

25 Fevral 2024 18:20

Cadenza orkestri (Cadenza Contemporary Orchestra) Beynəlxalq  Muğam Mərkəzində "Kəsişən xətlər" adlı növbəti konsertini keçirib. Konsertdə Beat Furrerin solo piano üçün 1986-cı ildə yazdığı "Qarın səssizliyi" əsəri solist Humay Qasımzadənin ifasında səslənib. Daha  sonra  Azərbaycan bəstəkarı Cəlal Abbasovun 2 nömrəli simli kvarteti ifa olunub. Yaradıcılığı ilə geniş ictimaiyyət tərəfindən 70-ci ilərdin sonunda tanınan C.Abbasov dahi bəstəkarımız Q.Qarayevin sinifində təhsil almış və konsertdə ifa olunan əsəri isə 1986-cı ildə yazmışdır. Daha sonra impressionizmin böyük imzalarından biri olan Claude  Debussynin  solo fleyta üçün yazdığı "Syrinx" əsəri solist Rəhilə Nəzərova tərəfindən ifa olundu. Mifoloji qəhrəmanın hekayəsini özündə  əks etdirən bu əsər 1913-cü ildə yazılmış və fleyta ifaçılarının repertuarında xüsusi yer tutmuşdur. Konsertin final əsəri isə  Arthur  Honeggerin 2  nömrəli simfoniyası oldu. Bakıda ilk dəfə ifa olunan əsərdə  truba  alətinin səhnə  arxasından ifası, orkestrin bir xətt üzrə inkişaf edən səslənməsi dinləyiciləri  sanki ovsunlamışdı.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az