Sabiq prezidentə hökm oxundu

25 Fevral 2024 17:42

Tunis məhkəməsi keçmiş prezident Monsef Marzoukini qiyabi olaraq 8 il müddətinə azadlıqdan məhrum edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə məhkəmə sözçüsü Məhəmməd Zitouna cümə günü Tunisin dövlət xəbər agentliyi TAP-a bildirib.

Sabiq prezident hazırda Parisdə yaşayır. O, hökuməti devirməyə çağırışlarda ittiham olunub.

Onun vəkili Samir Ben Amor "The Associated Press"ə bildirib ki, hökm hökumətin "opponentlərə qarşı siyasətini sərtləşdirməsini" nümayiş etdirir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun