Berbok Odessada 4 saat sığınacaqda qalıb

25 Fevral 2024 17:27

Almaniyanın xarici işlər naziri Annalena Berbok Odessaya səfəri zamanı sığınacaqda gizlənib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Almaniyanın "Zeit" nəşri məlumat verib.

"Annalena Berbok Odessada həyəcan siqnalından sonra qısa müddətdə sığınacaqda gizlənmək məcburiyyətində qalıb. Nazir sığınacaqda 4 saata yaxın vaxt keçirib", - nəşr bildirib.

Qeyd edək ki, fevralın 24-də Almaniya xarici işlər naziri Annalena Berbok Ukraynanın Odessa şəhərinə səfər etmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun