"Ermənistanın Azərbaycanla sülh şəraitində yaşamaqdan başqa yolu yoxdur"

25 Fevral 2024 17:14

Ermənistanın bu regionda Azərbaycanla sülh və təhlükəsizlik şəraitində yaşamaqdan başqa yolu yoxdur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş bildirib.

"30 ildən artıqdır ki, ermənilərin işğalı altında olan Qarabağ bölgəsi 44 gün ərzində azad edildi. Nikol Paşinyanın bunu qəbul edəcəyi anlamına gələn sözləri xüsusən erməni diasporu tərəfindən böyük təpki ilə qarşılandı", - deyə N.Kurtulmuş qeyd edib.

Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında problem Ermənistandakı ermənilər deyil, əksinə, o bölgədə sülhü istəməyən dairələr, xüsusən də Avropa və Amerikadakı erməni diasporudur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun