Erməni əsgəri kim güllələyib?

25 Fevral 2024 16:32

Ötən gün naməlum şəraitdə ölən Ermənistan ordusunun N saylı hərbi hissəsinin əsgəri Avaq Zakaryanı əsgər yoldaşı güllələyib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə erməni mediası öz mənbələrinə istinadla yazıb.

İddia edilib ki, əsgərlər arasında münaqişə olmayan, sadəcə, Zakaryan "ehtiyatsızlıq səbəbindən" güllələnib.

Hazırda hüquq-mühafizə orqanları hadisənin təfərrüatını araşdırır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun