Ən uğursuz nəhənglər - QARA SİYAHI
4 İyun 2012 20:44
Milli.Az "The Financial Times"a istinadən bildirir ki, "24/7 Wall St." bir zamanlar bütün dünyada populyar olan mallar istehsal edən, indisə ağır itkilər dövrünü yaşayan iri şirkətlərin "qara siyahı"sını hazırlayıb.
Siyahının "lider"lərini təqdim edirik.
1. RIM. "Research In Motion" bir zamanlar smartfonlar bazarının lideri, "BlackBerry" isə ən çox satılan smartfon idi.
İndi şirkət böhranda çabalayır və onun gəlirləri 215 milyon dollar azalıb.
2. "Sharp". Yaponiyanın "Sharp" korporasiyası $4,67 milyardlıq itki verib. Səbəb şirkətin istehsal etdiyi televizorların pis satılmasıdır.
3. EA. "Electronic Arts" korporasiyası bir zamanlar kompüter oyunları bazarının lideri olsa da, son rübü $205 milyonluq itkilərlə başa vurub.
4. "Sony". Cəmi iki il əvvəl "Sony" korporasiyası məişət elektronikasının müxtəlif seqmentlərindlə dünya lideri idi. Lakin indi şirkətin məhsullarının satışları 33 faiz aşağı düşüb. "The Wall Street Journal" şirkətin 65 illik tarixində ən böyük itkilər verəcəyini yazır.
5. "Nintendo". Bir zamanlar "Nintendo" videoqurğu bazarının lideri idi. Lakin indi şirkət $461,2 milyon dollar itki verərək rəqiblərə uduzur.
6. "Nokia". "Nokia" korporasiyası uzun illər boyu dünya mobil telefon bazarının lideri idi. Lakin finlər liderliyi "Samsung"a uduzandan sonra smartfonlar bazarında da geriləyib.
7. "Barnes & Noble". "Barnes & Noble" şirkəti "Nook" elektron liderinə nəhəng məbləğdə pullar yatırsa da, "Apple" və "Amazon.com"a uduzdu.
8. "Acer". Tayvanın "Acer" korporasiyası netbuk, çiplər və portativ noutbuklar istehsalı sahəsində dünya liderlərindən biri idi. Lakin netbuklara tələbatın həddən ziyadə azalması şirkətə ağır zərbə vurub.
Milli.Az