Gəncədə yaradıcı insanların mərkəzi yaradıldı - FOTO

25 Fevral 2024 15:15

Gəncə Dövlət Filarmoniyası "Urbanda görüşərik" adlı yeni layihəsini həyata keçirəcək. Urban Mərkəzində baş tutacaq layihənin əsas məqsədi istedadlı və yaradıcı insanların platformasını yaratmaq, onların tanıdılmasını, üzə çıxarılmasını, əsərlərinin təbliğini təmin etməkdir.  Filarmoniyanin mətbuat xidmətindən verilən məlumata görə, layihədə yazıçı, şair, rəssam, heykəltaraş, tətbiqi sənət ustaları, digər yaradıcı insanların iştirakı nəzərdə tutulur.

"Urbanda görüşərik" layihəsi çərçivəsində iştirakçıların sərgilərinin, habelə sərgi-yarmarkalarınin təşkili planlaşdırılır.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az