Sumqayıtda 63 yaşlı qadın faciəvi şəkildə öldü

25 Fevral 2024 15:27

Sumqayıtda 63 yaşlı qadın dəm qazından boğulub.

Milli.Az report-a istinadən xəbər verir ki, şəhər sakini, 1961-ci il təvəllüdlü Bədəlova Növrəstə Məstan qızı Ceyranbatan bağları ərazisində yaşadığı evdə dəm qazından boğularaq ölüb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun