Məşhur türkiyəli müğənni 9-cu dəfə bıçaq altına girir - FOTO

25 Fevral 2024 15:09

Məşhur türkiyəli müğənni Murat Dalkılıç martın 7-də Londonda keçirilməsi planlaşdırılan konsert də daxil olmaqla, bir sıra tədbirlərini ləğv etməli olduğunu açıqlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 40 yaşlı müğənni burnundakı problem səbəbindən doqquzuncu dəfə bıçaq altına girir.

Murat Dalkılıç 2019-cu ilin dekabr ayında qonaq olaraq qatıldığı bir proqramda burnundakı sümüklərin xaricə istiqamətlənməsi ilə bağlı anadangəlmə problemi olduğunu açıqlamışdı.

İbtidai məktəb illərindən bəri yaşadığı bu sağlamlıq problemindən bəhs edən Murat Dalkılıç  səkkizinci burun əməliyyatından 3 ay sonra yenidən əməliyyat olunacağını açıqlayıb. O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib və sağalana qədər bütün konsertlərini ləğv etməli olduğunu bildirib, bilet alan hər kəsdən üzr istəyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun