İngiltərə Premyer Liqasında ilk

25 Fevral 2024 15:44

"Arsenal" İngiltərə Premyer Liqasında ilkə imza atıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, London təmsilçisi çempionatın son turunda "Nyukasl"la hər iki hissədə vurduğu 2 qolla qalib gəlib - 4:1 

"Topçular" artıq 7 hissədir ki, rəqiblərinə 2 və daha çox qol vurur və bunun Premyer Liqa tarixində ilkdir.

Qeyd edək ki, hazırda İngiltərə Premyer Liqasında 26 oyundan sonra "Arsenal" 58 xalla 3-cü yerdədir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun