İran əsilli qadın Almaniya gözəli seçildi - FOTO

25 Fevral 2024 14:52

Berlində yaşayan 39 yaşlı İran əsilli memar Apameh Şönauer "Miss Almaniya" müsabiqəsinin qalibi olub.

Milli.Az APA-ya istinadən bildirir ki, Baden-Vürtemberq federal əyalətinin Rust şəhərində təşkil olunan müsabiqənin qalibi 25 min avro mükafat alacaq.

Apameh Şönauer 6 yaşında olarkən ailəsi ilə Almaniyaya köçüb. İki uşaq anası olan Apameh Şönauer miqrant əsilli qadınlara dəstək olmağa çalışdığını bildirib və İranda qadın hüquqlarının qorunmasının zəruriliyinə diqqət çəkib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun