Azərbaycanda AĞIR QƏZA - ölən və yaralananlar var

25 Fevral 2024 14:28

Lerikdə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Lənkəran-lerik yolunun 51-ci km-də baş verib. Belə ki, Lerik rayonu Cəngəmiran kənd sakini Xalid Balaxan oğlu Şəfiyevin idarə etdiyi "Pikap" markalı minik avtomobili yoldan çıxaraq dərəyə aşıb. İlkin məlumata görə bir nəfər ölüb, avtomobildə olan daha iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar. Ölən şəxsin İsmayıllı rayon sakini olduğu, Lerikdə usta kimi çalışdığı bildirilir.

Hadisəyə yolun sürüşkən olmasının səbəb olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun