Rayonlarda qızılcanın artma səbəbi

25 Fevral 2024 13:12

"Hazırda qızılca xəstəliyinin ağırlaşmaları çoxalıb, onların müalicəsi ilə məşğuluq".

Milli.Az xəbər verir ki, bu fikirləri Musavat.com-a infeksionist-hepatoloq Mərdan Əliyev bildirib.

Həkim ağırlaşmaların səbəbini belə izah edib:

"Səbəb uşaqların qızılca xəstəliyinə qarşı həssas olmalarıdır. Çünki peyvənd olunmayıblar. O ki qaldı rayonlarda ağırlaşmaların və ölüm saylarının çoxluğuna, hansı regionda peyvənd olunma səviyyəsi aşağıdır, həmin yerlərdə yoluxma və ölüm çoxdur".

Qeyd edək ki, son günlər rayonlarda qızılcadan ağırlaşmalar və ölüm halları artıb. Xüsusilə də qızılca sayında cənub bölgəsinin üstünlük təşkil etməsi diqqət çəkir. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun