“Neftçi” “Turan Tovuz” oyununda gərgin anlar - VİDEO

25 Fevral 2024 10:07

Xəbər verdiyimiz kimi, bu gün "Neftçi" "Turan Tovuz"un qonağı olub (1:1).

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, görüşün yekununda gərgin anlar yaşanıb.

Belə ki, oyundan sonra tovuzlu azarkeşlər "Neftçi"nin futbolçularını fitə basıb.

Tribunadakı azarkeşlərdən biri əlindəki plastik su qabını rəqib futbolçulara tərəf atıb. Buna görə iki komandanın nümayəndələri arasında münaqişə yaranıb.

Həmin görüntüləri təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun